Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

"Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasında 13 mindən çox iştirakçı qeydə alınmışdır

 

"Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasında 13 min 645 iştirakçı qeydə alınmışdır və onların sayı sürətlə artır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur. Yarışma nazirlik tərəfindən "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində bu ilin iyunun 1-dən İnternet məkanda təşkil olunmuşdur.

Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir.

Yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə iştirak etmək mümkündür.

Superfinalın qalibi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün İKT ixtisası üzrə RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.

Superfinal 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək və bütün iştirakçılar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elan edilən məkanda toplanaraq öz aralarında yarışmaqla 3 qalibi müəyyənləşdirəcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov