Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

"Azərbaycan Respublikasının xarici siyasət strategiyasının formalaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu" 

 

Böyütmək üçün seçinKoreyanın Hankuk Universitetinin tələbələri arasında inşa müsabiqəsi keçirilmişdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində ölkəmizin Koreya Respublikasındakı səfirliyi və paytaxt Seul şəhərində yerləşən Hankuk Universitetinin birgə təşkilatçılığı ilə tələbələr arasında "Azərbaycan Respublikasının xarici siyasət strategiyasının formalaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu" mövzusunda inşa müsabiqəsi keçirilmişdir.

İnşa yarışında universitetin 30-dan  çox  tələbəsi  iştirak edərək, Azərbaycanın xarici siyasət strategiyasının formalaşması, qısa müddət ərzində beynəlxalq aləmdə tanınan nüfuzlu dövlətə çevrilməsi, ölkənin enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın hazırda Cənubi  Qafqaz regionunda aparıcı ölkəyə çevrilməsi, həmçinin beynəlxalq miqyaslı məsələlərdə söz sahibi olmasında ümummilli lider Heydər Əliyevin rolu barədə fikirlərini bölüşmüşlər.

İnşa yarışında qalib olan üç tələbənin mükafatlandırma mərasimində çıxış edən Hankuk Universitetinin vitse-prezidenti Çonq Kyon Van Azərbaycanın Koreyada tanıdılmasının əhəmiyyətini vurğulayaraq, tələbələr arasında keçirilən müsabiqənin rolundan danışmışdır.

Azərbaycanın Koreyadakı səfirliyinin müvəqqəti işlər vəkili R.Teymurov ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və müasir Azərbaycanın xarici siyasətinin formalaşmasındakı əhəmiyyətli rolu barədə danışmışdır.

Müsabiqədə ikinci və üçüncü yerlərə layiq görülmüş tələbələrə pul mükafatları təqdim olunmuş, birinci yeri tutmuş inşanın müəllifi, universitetin türk və Azərbaycan dili kafedrasının magistri Bonk Cu Kim isə bir həftə müddətinə Azərbaycana səfər etmək şansı qazanmışdır. Onun Azərbaycana səfəri Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının - SEBA-nın dəstəyi ilə həyata keçiriləcəkdir.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov