Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Şagirdlərdə müstəqil fəaliyyət bacarıqları formalaşdırıram

 

Son illər Azərbaycan təhsilinin dünya təhsil  sisteminə inteqrasiyası yolunda mühüm  addımlar atılıb, təhsilin məzmununun yeniləşdirilməsi və  keyfiyyətinin yüksəldilməsi sahəsində bir sıra uğurlar qazanılıb. Bu işdə təbii ki, müəllimlərin də zəhmət payı vardır. Hər  bir həmkarım kimi mən də   öz fəaliyyətimdə təlimin keyfiyyətini yüksəltməyə  xüsusi diqqət yetirir, bu məqsədlə dərslərimdə səmərəli təlimin forma və metodlarından istifadə etməyə çalışıram.

İlk növbədə  hər bir şagirdin idrak    fəaliyyətlərinin xüsusiyyətlərini, inkişaf  səviyyəsini və fərdi keyfiyyətlərini öyrənirəm.  Sonra  şagirdlərdə dərsə həvəs yaradır, müstəqil fəaliyyət bacarıqları formalaşdırıram. Çalışıram ki, keçdiyim hər bir dərs  maraqlı olsun   və yaddaşda  uzun müddət qalsın.

Bunları nəzərə alaraq dərsdə  şagirdlərin müstəqil işləmələrinə şərait yaratmağı, onları fəallaşdırmağı, nitqlərini inkişaf etdirməyi hər zaman ön plana  çəkirəm. Təlim zamanı şagirdləri düzgün, şüurlu, ifadəli və sürətli oxumağa, müstəqil fikir yürütməyə alışdırır, tədqiqatçılığa və  yaradıcılığa cəlb edirəm.  Şagirdlər arasında müxtəlif mövzularda yarışmaların  təşkilinə üstünlük verirəm.

Müasir dərsin təşkilində müəllim-şagird və  şagirdlərarası münasibətlər  mühüm rol oynayır.  Müasir dərsin aparıcı prinsiplərindən birinin şagirdyönümlülük olduğunu  nəzərə alsaq, bu gün təlim prosesinin həm müəllim, həm də şagird üçün yeni bir  məcrada qurulması   vacibdir.   Təlim prosesində müəllimin vəzifəsindən bəhs  edən görkəmli Azərbaycan   maarifçisi və ədəbiyyatşünas alimi  F.Köçərli  demişdir  ki, əsl müəllim elm, bilik və zəhmətkeşlikdən əlavə, şagirdlərinə münasibətdə məhəbbət və qayğı dolu qəlbə  də  malik olmalıdır.

Bu gün sinif müəllimi kimi dərslərimdə  fəal təlimin metodlarına - işgüzar və didaktiv oyunlara, nəqletməyə, diskussiyaya, ekskursiyaya  geniş yer verirəm. Bu zaman müəllim- şagird ünsiyyəti  üçün böyük imkanlar açılır və humanist  münasibətlərin  formalaşmasına   şərait yaranır. Nəticədə müəllimlə şagirdlər və  şagirdlərin öz  aralarında işgüzar, səmimi ünsiyyət yaranır ki,  bu da səmərəli təlim mühiti yaradılmasının mühüm şərtlərindən biridir.

Hazırda ibtidai sinif  müəllimlərinin üzərinə daha böyük  məsuliyyət  düşür. Çünki  ibtidai sinif   şagirdlərin həyatının  ən ciddi dövrüdür və bu dövrdə  kiçikyaşlı uşaqların əqli inkişafının bünövrəsi qoyulur.Ona görə də sinif müəllimi işləyən  həmkarlarıma  da tövsiyə edərdim ki, şagirdlərimizin hərtərəfli inkişafına nail olmaq üçün   yaxşı mənada inadkarlıq, dözümlülük göstərsinlər və şagirdlərə şəxsiyyət kimi yanaşsınlar. 

Sayalı HƏSƏNOVA,
Bakıdakı 308 nömrəli tam orta məktəbin sinif müəllimi, "Qabaqcıl təhsil işçisi" 

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov