Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Respublikanın ümumtəhsil məktəblərinin VI sinifləri üçün 2013/2014-cü tədris ilinə Azərbaycan Respublikasında ümumi təhsilin kurikulumu əsasında dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanmasının satın alınması üzrə "Xalq qəzeti"nin 29 mart və 16 aprel 2013-cü il tarixli nömrələrində, "Azərbaycan müəllimi" qəzetinin 29 mart 2013-cü il tarixli nömrəsində dərc edilmiş açıq tender elanına uyğun olaraq 15 may 2013-cü il tarixdə Təhsil Nazirliyində keçirilmiş tenderin nəticələri haqqında
MƏLUMAT

 

Respublikanın ümumtəhsil məktəblərinin VI sinifləri üçün 2013/2014-cü tədris ilinə Azərbaycan Respublikasında ümumi təhsilin kurikulumu əsasında dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanmasının satın alınmasına dair keçirilmiş açıq tender prosedurunda adları aşağıda qeyd edilən lotlar üzrə tender baş tutmuşdur:

   VI lot - "Riyaziyyat"/"Математика";

   XIV lot - "İngilis dili"

Aşağıda qeyd edilən lotlar üzrə tenderə heç bir təklif daxil olmamışdır:

   III lot - "Russkiy yazık";

   XV lot - "Alman dili";

   XVI lot - "Fransız dili".

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, adları aşağıda qeyd edilən lotlar üzrə üçdən az təklif daxil olduğu üçün tender baş tutmamış və tenderin davamından imtina edilmişdir:

   I lot - "Azərbaycan dili";

   II lot - "Ədəbiyyat";

   IV lot - "Литература";

   V lot - "Azərbaycan dili" (təlim rus dilində olan məktəblər üçün);

   VII lot - "İnformatika"/"Информатика";

   VIII lot - "Azərbaycan tarixi"/"История Азербайджана";

   IX lot - "Ümumi tarix"/"Общая история";

   X lot - "Həyat bilgisi"/ "Познание мира";

   XI lot - "Biologiya"/ "Биология"; 

   XII lot - "Coğrafiya"/"География";

   XIII lot - "Fizika"/"Физика";

   XVII lot - "Russkiy yazık" (təlim Azərbaycan dilində olan məktəblər üçün);

   XVIII lot - "Texnologiya"/"Технология";

   XIX lot - "Fiziki tərbiyə"/"Физическое воспитание";

   XX lot - "Musiqi"/"Музыка";

   XXI lot - "Təsviri incəsənət"/"Изобразительное искусство".

Qanunvericiliyə əsasən həmin lotlar üzrə təqdim olunmuş bütün tender təklifləri rəsmi şəkildə müvafiq iddiaçılara qaytarılmışdır.

Tender baş tutan lotlar üzrə (VI lot - "Riyaziyyat"/"Математика" və XIV lot - "İngilis dili") daxil olan dərslik komplektlərinin maketləri qaydalara əsasən məzmun qiymətləndirilməsi üçün Dərslikləri Qiymətləndirmə Şurasına verilmişdir. Dərslik komplektlərinin maketləri "Dərsliklərin qiymətləndirilməsi meyarları"na uyğun olaraq qiymətləndirilmiş və məzmun qiymətləndirilməsinin nəticələri Tender komissiyasının 04 iyul 2013-cü il tarixli iclasında elan edilmişdir. Nəticələrə əsasən VI lot üzrə ("Riyaziyyat"/"Математика") təqdim olunan dərslik komplektləri keçid balını toplamadığı üçün həmin lot üzrə tenderin qalibi elan edilməmişdir. XIV lot üzrə ("İngilis dili") təqdim olunan dərslik komplektlərindən yalnız biri - "Təhsil Nəşriyyat-Poliqrafiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin təklifi keçid balını toplamış və həmin lot üzrə tenderin qalibi elan edilmişdir. 

 TENDER KOMİSSİYASI

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov