Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Azərbaycan gəncləri Polşada keçirilmiş beynəlxalq təlim kursunda iştirak etmişlər

 

Bu yaxınlarda Polşanın Krakov şəhərində "İnformasiya-kommunikasiya texnologiyalarında ən yaxşı təcrübə" mövzusunda keçirilmiş təlim kursunda ölkəmizi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan təşkilatların nümayəndələri təmsil etmişlər.

Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində keçirilən tədbirdə Polşa ilə yanaşı, Rumıniya, Rusiya, Ukrayna və Portuqaliyanın fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Təlim Avropa İttifaqına tərəfdaş olan Şərqi Avropa və Qafqaz ölkələrinin gənc liderlərinə informasiya- kommunikasiya  texnologiyalarından səmərəli istifadə qaydalarını öyrətmək məqsədi daşımışdır.

Təlim iştirakçıları informasiya texnologiyalarının istifadə imkanları, saytların qurulması və idarə olunması mövzularında ekspertlərin çıxışlarını dinləmiş və müzakirələr aparmışlar.

Müzakirələr zamanı ölkəmizi təmsil edən gənclərimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü ilin "İnformasiya -kommunikasiya texnologiyaları ili" elan olunmasını iştirakçıların diqqətinə çatdırmış və İKT sahəsində ölkəmizdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açmışlar.

Azərbaycan gəncləri həmçinin "Azərbaycan gəncliyi  2011-2015-ci illərdə" Dövlət Proqramı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının fəaliyyəti haqqında da ətraflı məlumat vermişlər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov