Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Azərbaycanlı tələbələr Parisdə Lab Citoyen konfransında iştirak etmişlər

 

İyulun 6-dan 16-dək Parisdə insan hüquqlarının müdafiəsi məsələlərinə həsr edilmiş Lab Citoyen konfransı keçirilmişdir. Ümumdünya Fransa İnstitutu Alyansı tərəfindən gənclər üçün təşkil edilmiş bu tədbirin məqsədi xarici ölkələrdə fransız dilinin öyrənilməsini təşviq etmək, Fransa tarixinə və mədəniyyətinə marağı artırmaqdır. Konfransda 72 ölkənin, o cümlədən Azərbaycan, ABŞ, Kanada, Braziliya, Çin, Türkiyə, Rusiya və MDB-nin üzvü olan digər ölkələrin, Baltikyanı dövlətlərin və başqa ölkələrin gənclərinin 112 nümayəndəsi iştirak etmişdir. Konfransda ölkəmizi Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinin tələbələri Zəhra Axundzadə və Ramin Əhmədov təmsil etmişlər.

Konfransın mədəni proqramı da geniş olmuş, tədbir çərçivəsində Fransa paytaxtının görməli yerlərinə ekskursiyalar təşkil edilmişdir. Konfrans iştirakçıları məşhur Luvr muzeyi, Fransa Parlamentinin binası, vaxtilə Fransa krallarının iqamətgahı olmuş binada yerləşən Versal muzeyi, ən böyük müasir incəsənət muzeyi sayılan Jorj Pompidu mərkəzi, Fransanın ən məşhur siyasi xadimlərinin və hərbi sərkərdələrinin dəfn edildiyi Əlillər Evi Kilsəsi ilə tanış olmuşlar. Yelisey çölündə, Parisin mənzərəli Monmartr və Belvill məhəllələrinin qədim küçələrində gəzinti, habelə Sena çayında Site adası və Notr-Dam kilsəsi boyunca katerdə ekskursiya konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Konfrans çərçivəsində Fransanın şimalında yerləşən, qədim memarlıq abidələri ilə tanınan Nant şəhərinə səfər təşkil edilmişdir.

İyulun 14-də Fransanın milli bayramı - Bastiliyanın alınması günü şərəfinə keçirilən ənənəvi möhtəşəm hərbi parad konfrans iştirakçılarına unudulmaz təsir bağışlamışdır.

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov