Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

"Günay" uşaq teatr studiyası Macarıstanda XIII Avropa gənclər festivalında

 

Macarıstanın Balatonfüred şəhərində keçirilmiş XIII Avropa gənclər festivalı başa çatmışdır. Macarıstan, Bolqarıstan, Polşa, Slovakiya, Rusiya, Ukrayna və başqa ölkələrin uşaq və gənclərdən ibarət kollektivlərinin qatıldıqları festivalda ölkəmizi Bakı Uşaq Teatrının "Günay" uşaq teatr studiyasının kollektivi təmsil etmişdir.

Studiyanın üzvlərinin həm fərdi yaradıcılıq hesabatları, həm də qala-konsert zamanı çıxışları böyük uğurla keçmişdir. Azərbaycan incəsənətini yüksək səviyyədə təqdim edən gənc istedadlarımız festivalın bir sıra mükafatlarını almışlar.  Belə ki, teatr nominasiyası üzrə M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" komediyasının motivləri əsasında hazırlanan tamaşa, xoreoqrafiya nominasiyası üzrə isə Azərbaycanın milli rəqsi "Yallı" və Üzeyir Hacıbəylinin "Dəsmalla rəqs" nömrələri "Qran-pri" mükafatına layiq görülmüşdür. Fərdi çıxışlar da mükafatsız qalmamışdır. "Turacı" və "Qaragöz" rəqslərinin ifaçısı Leyla Yusubova festivalın qızıl medalı, "Məşğələ" kompozisiyasının ifaçısı Səbinə Məmmədova isə "Qran-pri" ilə mükafatlandırılmışdır.

Azərbaycanın gənc artistləri növbəti dəfə keçiriləcək XIV festivala da dəvət almışlar.  

S.HÜSEYNQIZI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov