Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Gənclər üçün ekoloji düşərgə təşkil olunacaqdır

 

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İrəli" İctimai Birliyi avqustun 2-si və 3-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Yaşıl iqtisadiyyat" ekoloji düşərgəsi təşkil edəcəkdir.

Düşərgənin təşkilində məqsəd ətraf mühitin qorunması ilə əlaqədar cəmiyyəti maarifləndirmək, tullantısız və aztullantılı texnologiyalardan istifadə etməyin ekoloji faydaları barədə məlumatlılığın artırılması,  iqtisadi inkişafın ətraf mühitə zərərli təsirlərinin azaldılması istiqamətində gənclərin rolunun araşdırılmasıdır.

Düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən 30 nəfər gənc təlimlərə qatılacaq və qrup tapşırıqları həyata keçirəcəkdir. Təlimlərdə gənclər ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat mövzularında layihə təklifləri hazırlayacaqlar. Gənclər həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekoparkında alternativ enerji mənbələrindən istifadə barədə məlumatlandırılacaqlar.

Qeyd edək ki, düşərgə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov