Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Rusiyalı gənclərdən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetində olmuşdur

 

Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri  Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatlarının Milli Şurası idarə heyəti, Gənclərin İctimai Palatasının  üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Bakı Slavyan Universitetində (BSU) olmuşdur.

Qonaqlar universitetin muzeyi, bu ali təhsil ocağında fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarus  tədris-mədəniyyət mərkəzləri, müasir standartlar əsasında yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqlarla  təchiz edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları, akt zalı, "Heydər Əliyev məktəbi" və Tələbə Teleradio Studiyası ilə tanış olmuşlar.

Universitetin müəllim-tələbə heyətinin rusiyalı qonaqlarla görüşündə tədris işləri üzrə prorektor, professor Asif Hacıyev BSU-nun yaranma tarixi, bu ali təhsil müəssisəsinin fakültələri, strukturu, onun zəngin elmi və mədəni həyatı, tələbə gənclər təşkilatı və "Kölgə kabineti"nin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova, tərbiyə işləri üzrə prorektor, dosent Oqtay Səmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Anna Bayramova ali məktəbin beynəlxalq layihələrindən, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən, zəngin tələbə həyatından bəhs edərək bildirmişlər ki, bu gün BSU Rusiyanın bir sıra nüfuzlu universiteti ilə sıx əməkdaşlıq  əlaqələri  qurmuş və bu əlaqələri sürətlə inkişaf etdirməkdədir.

Qonaqlar BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsinə sadiq qaldığına, slavyan dillərinə qayğı ilə yanaşdığına görə universitetin kollektivinə təşəkkürlərini bildirmiş və tələbələrlə fikir mübadiləsi aparmışlar. Görüşdə yeni tədris ilində Rusiyanın bir sıra gənclər təşkilatı ilə BSU-nun tələbə gənclər təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınmışdır. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov