Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Azərbaycanlı tələbələr Çində müvafiq sertifikatla təltif olunmuşlar

 

 Çin Xalq Respublikasının ən böyük və aparıcı ali təhsil müəssisələrindən biri olan Cənub-Qərb Maliyyə və İqtisad Universiteti bir neçə ildir ki, müntəzəm olaraq "SWUFE-i kəşf et - yay məktəbi" proqramını həyata keçirir.

Proqramın məqsədi universitetin dünyanın müxtəlif ölkələrindən gəlmiş tələbələr arasında tanıdılmasından ibarətdir.

Növbəti proqramda MDB məkanından yalnız Azərbaycan Dövlət İqtisad Universiteti təmsil olunmuşdur. Proqrama, ümumilikdə, 21 ölkənin aparıcı universitetlərinin 74 tələbəsi qatılmışdır.

Çinin Çenqdu şəhərində keçirilmiş 2013-cü il proqramında ADİU-nun maliyyə fakültəsinin II kurs tələbəsi Toğrul Qafarlı və ümumi iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Xəzər İsalı iştirak etmişlər.

Proqram çərçivəsində iştirakçılar Çinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri və milli mətbəxi haqqında ətraflı məlumat əldə etmişlər. Onlar Çinin məşhur alimləri və ictimai xadimləri ilə görüşmüş, müxtəlif mövzularda mühazirələr dinləmişlər.

Proqram müxtəlif mədəniyyətləri təmsil edən gənclər arasında fikir mübadiləsinin aparılması və dostluq münasibətlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycanlı tələbələr proqramın işində səmərəli fəaliyyət göstərmiş, iştirakçılara Azərbaycan, onun tarixi, mədəniyyəti və bu günü, o cümlədən ADİU haqqında geniş məlumat vermişlər.

Proqram çərçivəsində Çinin maliyyə və bank sistemi, bu ölkənin iqtisadiyyatının parlaq inkişafı və s. mövzularda keçirilmiş seminarlarda ADİU-nun tələbələri xüsusi fəallıqları ilə seçilmişlər.

Proqramı uğurla başa vuran hər iki tələbə SWUFE-nin müvafiq sertifikatı ilə təltif olunmuşdur. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov