Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

2013-cü ildə dünyada təhsilin vəziyyətinə dair hesabat açıqlanmışdır 

 

Dünyanın 30-dan artıq ölkəsinin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESD)  2013-cü ildə dünya ölkələrində təhsilin vəziyyətinə dair növbəti  analitik hesabatını  dərc etmişdir.   

"2013-cü ildə təhsilə baxış: OESD-nin indikatorları" adlı (Education at a Glance 2013) məruzədə keçmiş postsovet məkanı ölkələri də daxil olmaqla dünyanın bir sıra inkişaf etmiş ölkələrində təhsil və məşğulluq məsələləri  sahəsində vəziyyət təhlil olunmuşdur.  Müxtəlif təhsil səviyyələrinə malik ölkələr üçün iqtisadi böhranın nəticələri necədir? Öyrənlilən fənn və əməkhaqlarının  həcmi, eləcə də işsizlik səviyyəsi arasında qarşılıqlı əlaqə varmı? Təhsil və siqaretçəkməyə meyil arasında paralellər aparmaq olarmı?  OESD-nin son hesabatı bu kimi suallara geniş cavab verir.

Hesabatda qeyd edilmişdir ki, son iki il ərzində bir sıra ölkələrdə işsizliyin səviyyəsinin kəskin surətdə artması müşahidə olunmuşdur.  Xüsusən  də gənclər daha çox işsizlikdən  əziyyət çəkmişlər. 2011-ci ildə yaşı 15-19 olan gənclər arasında işsizlik səviyyəsi 16 faiz, 25-29 yaş arasında 20 faiz təşkil etmişdir. Bəzi ölkələrdə isə bu rəqəmlər kifayət qədər yüksəkdir və 25-29 yaşlı gənclər arasında  hər üç nəfərdən birini işsizlər və təhsildən kənarda qalanlar təşkil edir. Bu cür vəziyyət gənclərin işgüzar əhvalına, vərdişlərinə və sosial inteqrasiyasına uzunmüddətli təsir göstərir.

Yaxşı təhsil əvvəlki kimi qiymətli hesab olunur. Təhsil səviyyəsi əmək bazarında işlə təmin olunmağa güclü təsir göstərir, böhran isə bu təsiri daha da gücləndirmişdir. OESD ölkələrində diplomlu ali təhsilli işsizlər 4,8 faiz təşkil etmişdir. Orta təhsilə malik olan şəxslər arasında bu rəqəm 12,6 faizdir. Gənclər üçün yaxşı təhsil hətta böhranlar şəraitində belə işlə təmin olunmağın qiymətli təminatçısıdır.

Bir sıra ölkələr (Avstriya, Almaniya, Çexiya, Lüksemburq) texniki peşə təhsilinin səviyyəsini orta səviyyədən (32 faiz)  yüksəltməklə işsizlik səviyyəsini azaltmağa nail ola bilmişlər. Əksinə, Yunanıstan, İrlandiya, İspaniya kimi ölkələrdə texniki peşə təhsili üzrə diplom alan gənclərin sayı 25 faiz aşağı düşmüşdür ki, nəticədə bu ölkələrdə işsizlik 12 faiz artmışdır.

Təhsil və gəlirlər arasında əlaqə də möhkəmdir. Təhsil səviyyəsi təkcə gənclərin işlə təmin olunmasına yox, həm də gəlirlərə təsir edir. Ali təhsilli yaşlı işçilərin gəlirləri orta təhsillilərdən fərqli olaraq 1,5 dəfə artmışdır.  Böhran şəraitində əməkhaqları arasında fərq dərinləşmişdir. Ali təhsilli şəxslərlə aşağı təhsil səviyyəsinə malik olanların gəlirləri arasında fərq 75 faizdən 90 faizə qədər artmışdır.  Məlum olmuşdur ki, ali təhsil diplomu uzunmüddətli perspektivdə özünün müsbət bəhrələrini verir.

Ali təhsilli vətəndaşların sayına görə  Rusiya  Kanada və Yaponiyanı   üstələyərək birinci yerə çıxmışdır. 

OESD ölkələrinin əksəriyyətində rəsmi təhsil prosesi 5 yaşdan başlayır. Lakin Belçika, Fransa, İslandiya, İtaliya, Norveç, İspaniya və İsveçdə artıq 3 yaşdan (90 faiz) ümumi təhsil hesab olunur.

Hesabatda qeyd olunur ki,  Asiyadan olan tələbələr arasında xaricdə təhsil daha çox populyarlıq qazanmışdır.  2011-ci ildə 4,3 milyon tələbə xarici universitetlərə üz tutmuşdur.

Avstraliya, Böyük Britaniya, İsveçrə,  Yeni Zelandiya və Avstriya xarici tələbələrin sayına görə irəlidədir. OESD ölkələrində qeydə alınmış xarici tələbələrin sayı OESD ölkələrindən xaricə gedən tələbələrin sayından 3 dəfə artıqdır.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov