Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq daha 53 tələbənin adı müəyyənləşmişdir

 

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 53 namizəd barədə müsbət qərar vermişdir.

Həmin tələbələr təhsilini Böyük Britaniya (31 nəfər), ABŞ (7 nəfər), Kanada (3 nəfər), İsveçrə (2 nəfər), Almaniya (2 nəfər), İspaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər), Litva (1 nəfər)  və Niderlandda (2 nəfər) bakalavriat (18 nəfər), magistratura (33 nəfər) və doktorantura (2 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, sənaye mühəndisliyi, kompüter elmləri, biznesin idarəedilməsi, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcəklər.

Əsas məqsədi azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək olan Dövlət Proqramına qəbul olunmuş tələbələri təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq. Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrin ölkəmizə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacağına, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklərinə əminliyini ifadə edir.

Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixinə kimi davam edəcəkdir.

Onu da qeyd edək ki, artıq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 94 namizəd barədə müsbət qərar verilmişdir. 

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın barələrində müsbət qərar verdiyi daha 53 namizədin siyahısı:

1. Abdullayev Murad Nizami oğlu

2. Abuzərli Fərid Zaid oğlu

3. Ağayev Rauf İbrahim oğlu

4. Bağırov Rasim Fikrət oğlu

5. Balayev Bəhruz Süleyman oğlu

6. Cavadov Əsgər Telman oğlu

7. Cəfərli İlkin İdris oğlu

8. Cəfərli Nicat Etibar oğlu

9. Cəmilov Rüstəm Məhəmməd oğlu

10. Əhmədova Natəvan Tofiq qızı

11. Əzizov Bəhruz Qüdrət oğlu

12. Hacıyev Cəlal Cümşüd oğlu

13. Həsənli Eldar Elgiz oğlu

14. Məmmədli Azər Adilxan oğlu

15. Musayev Kənan Mehman oğlu

16. Mustafaoğlu Abbas Faxrəddin oğlu

17. Puçaxov Nurlan Süleyman oğlu

18. Qara Əli Seyfəddin oğlu

19. Quliyev Alim Məqsəd oğlu

20. Quliyev Toğrul Emin oğlu

21. Rəsulova Nigar Tofiq qızı

22. Səfərova Vüsalə Faiq qızı

23. Süleymanlı Fərahim Məzahir oğlu

24. Teymurov Emil Kamal oğlu

25. Vəliyev Azad Əhliman oğlu

26. Vəliyeva Tinatin Tariyel qızı

27. Vəlizadə Fizuli Azad oğlu

28. Xəlilov Rəşad Bədrəddin oğlu

29. Xəlilov Şahin Rövşən oğlu

30. Abdullayev Əli Ceyhun oğlu

31. Ağayev Vüqar Rakif oğlu

32. Bayramov Elşən Arif oğlu

33. Bayramov Orxan Asəf oğlu

34. Cəfərov Ramin Muxtar oğlu

35. Cəfərova Leyla Fərhad qızı

36. Əhmədov Əli İsmayıl oğlu

37. Əliyev Ayxan Elxan oğlu

38. Əsgərov İlkin Siyavuş oğlu

39. İbrahimli Rəşid Rahid oğlu

40. İbrahimov Nicat Fuad oğlu

41. İsgəndərov Ceyhun Cəlal oğlu

42. İslamova Xədicə İlham qızı

43. İsmayılov Elçin Aydın oğlu

44. İsmayılov Orxan Qalib oğlu

45. Kərimova Yemən Nizami qızı

46. Mahmudova Fidan Əfqan qızı

47. Mehdiyev Qismət Qiymət oğlu

48. Mustafayeva Könül Ceyhun qızı

49. Qəribli Mahir Toğrul oğlu

50. Şabanov Sənan Çingiz oğlu

51. Sadıqova Nigar Adil qızı

52. Xəlilli Toğrul Azər oğlu

53. Xəlilli Aytac Nazim qızı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov