Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində
müsabiqəyə çıxarılacaq vakant professor-müəllim vəzifələrinin siyahısı

 

Müsabiqədə iştirak edə bilərlər:

 a) Professor vəzifəsini tutmaq üçün - professorlar və elmlər doktorları. 

b) Dosent vəzifəsini tutmaq üçün - professorlar, elmlər doktorları, dosentlər və elmlər namizədləri (fəlsəfə doktorları) 

c) Baş müəllim vəzifəsini tutmaq üçün ən azı 3 il elmi-pedaqoji iş stajı olan elmlər namizədləri (fəlsəfə doktorları) və ya ən azı 5 il elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) 

d) Müəllim vəzifəsini tutmaq üçün - elmi-pedaqoji və ya ixtisası üzrə ən azı 1 il iş stajı olan elmlər namizədləri (fəlsəfə doktorları), eləcə də ən azı 3 il elmi-pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodik işləri olan ali təhsilli mütəxəssislər (magistrlər).

Müsabiqədə iştirak etmək istəyən şəxs məktəb rəisinin adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. 

* Kadrların şəxsi qeydiyyat vərəqəsi

* Tərcümeyi-hal

* Ali təhsil, elmi ad və elmi dərəcə haqqında sənədlərin surəti

* Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı (müdafiəyə qədər və sonra). 

Elan dərc olunduqdan sonra sənədlər 1 ay ərzində məktəb rəisinin ünvanına göndərilir.

Tədris Azərbaycan dilindədir. 

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi-18, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, indeks AZ-1018 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov