Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Altıyaşlılar məktəbə yaxşı hazırlıq nümayiş etdirmişlər

 

Böyütmək üçün şəkili seçinBakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 317 nömrəli uşaq bağçasında uşaqların məktəbə yola salınması mərasimi keçirildi. Tədbirdə fəallıq göstərən altıyaşlılar məktəbə yaxşı hazırlaşdıqlarını nümayiş etdirdilər.

Qeyd edək ki, 317 nömrəli uşaq bağçası 1964-cü ildən fəaliyyət göstərir. 4 qruplu bağça hazırda 80 uşağı əhatə edir. Bağçanın binası 2012-ci ildə dövlət vəsaiti hesabına əsaslı təmir edilmişdir. Müəssisənin hasara alınaraq yaşıllaşdırılan həyətyanı sahəsində uşaqların oynaması üçün rahat və yeni köşklər qurulmuşdur. Tədris bazasının möhkəmləndirilməsi ilə əlaqədar bağçada təlim-tərbiyə proqramına uyğun olaraq qruplar müxtəlif oyuncaqlar, ana dili, riyaziyyat üzrə metodik və eyni zamanda müasir tədris vasitələrilə təmin edilmişdir. Valideynlər tərbiyəçilərin fəaliyyəti ilə müntəzəm tanış olur, uşaqların inkişafı prosesində yaxından iştirak edirlər. Valideyn komitəsinin üzvləri bağçadakı şəraitdən tam razıdırlar. Belə ki, burada uşaqların düzgün inkişafı və xəstəliklərdən mühafizəsi üçün davamlı tədbirlər həyata keçirilir. Qəsəbədə yerləşən 29 nömrəli poliklinikanın həkimləri müntəzəm olaraq uşaqları profilaktik müayinədən keçirirlər. Bağçada həmçinin uşaq orqanizminin  möhkəmləndirilməsində rasional qidanın əhəmiyyətinə və onun kalorilik məsələsinə də ciddi fikir verilir. Bağça təlim, tərbiyə prosesində istifadə olunan zəruri əyani, texniki vasitələrlə tam təmin olunub. Müəssisəyə Təhsil  Nazirliyinin xətti ilə "Çaşıoğlu" firması tərəfindən hazırlanmış əyani vəsaitlər, kompüter və s. verilmişdir.

Artıq neçə illərdir ki, 317 nömrəli uşaq bağçası ilə yaxınlıqda yerləşən 121 nömrəli tam orta məktəb arasında sıx əlaqə yaradılmışdır. Həmin məktəbin ibtidai sinif müəllimləri və bağçanın tərbiyəçiləri qarşılıqlı olaraq həm məktəb, həm də bağçanın tədbirlərində fəal iştirak edirlər. Məktəbin müəllimləri "Əlvida, bağça, salam, məktəb" tədbirinin də qonaqları idilər. Bu il bağçanın 20 yetirməsi məhz sözügedən məktəbdə I sinfə gedəcək.

Tədbirdə çıxış edən bağçanın müdiri Nəzakət Məcidzadə müəssisələrindən pərvazlandırdıqları uşaqları təbrik etdi, onlara məktəb təhsilində uğurlar arzuladı. Bağçanın son illər əldə etdiyi uğurlardan bəhs edən müdir rəhbərlik etdiyi təhsil müəssisəsində yaradılmış nümunəvi şəraitə, bağçalara, burada tərbiyə alan uşaqlara göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd olundu ki, bağça ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Gül bayramında fəal iştirakına görə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov