Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Təhsil işçilərinin 2013-cü il sentyabr konfranslarının keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2013-2014-cü dərs ilində ümumi təhsil sahəsində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş inkişafyönümlü tədbirlər müəyyənləşdirmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. 2013-cü il 2-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin.

2. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.

3. Konfransların plenar iclaslarında "2012-2013-cü  dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.

4. Rayon (şəhər) təhsil şöbələri (idarələri):

4.1. Plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, eləcə də "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakını təmin etsinlər.

4.2. Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın  sonunadək Təhsil Problemləri İnstitutuna göndərsinlər.

5. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri üçün təşkil olunsun:

- məktəb direktorları;

- təlim-tərbiyə işləri üzrə direktor müavinləri;

- məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

- fənlər üzrə metodbirləşmə rəhbərləri;

- məktəb kitabxanaçıları;

- praktik məktəb psixoloqları;

- uşaq birliyi rəhbərləri.

6. Təhsil Problemləri İnstitutu (Q.Novruzov):

6.1. Metodik bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil orqanlarına köməklik məqsədilə tövsiyələr hazırlayıb 10 gün müddətində pedaqoji mətbuatda dərc etdirsin.

6.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb Nazirliyə təqdim etsin.

7. Nazir müavini (C.Bayramov) konfranslarda Nazirliyin nümayəndələrinin iştirakı barədə təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət Nazir müavininə (C.Bayramov) həvalə olunsun.  

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 avqust 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov