Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Təhsil Nazirliyi təkzib edir

 

 Son günlər bəzi kütləvi informasiya vasitələrində Təhsil Nazirliyinə "istinad edilərək" həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Belə ki, bir sıra KİV-də Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı yanlış informasiyalar yer almışdır.

Təhsil Nazirliyi heç bir əsası olmayan belə məlumatları təkzib edir və reallıqdan uzaq informasiyaların yayılmasının yolverilməz olduğunu nəzərə çatdırır.

Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir.

Qeyd edək ki, Təhsil Nazirliyi KİV-lə əməkdaşlığın şəffaflıq və qarşılıqlı hörmət əsasında təşəkkül tapmasına çalışır. Təəssüflə bildiririk ki, bəzən KİV-də sensasiya naminə mənbəyi məlum olmayan məlumatlara da təsadüf edilir. Təhsil Nazirliyi belə arzuolunmaz hallara yol verən kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa və mövcud əlaqələri daha da inkişaf etdirməyə çağırır.

Təhsil Nazirliyi səlahiyyətlərinə aid olan bütün məsələlərlə bağlı çevik və açıq informasiya siyasətinə sadiqdir. Nazirliyə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən yazılı şəkildə daxil olan sorğular operativ cavablandırılır və cavablar rəsmi İnternet səhifəsində yerləşdirilir.

Bir daha qeyd edək ki, Təhsil Nazirliyi bundan sonra da fəaliyyətinə dair bütün sualları cavablandırmağa və kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığa hazır olduğunu bildirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov