Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

"Nəqşicahan" VII Liderlik məktəbi" layihəsi keçiriləcək

 

Naxçıvan Dövlət Universitetində "Nəqşicahan" VII Liderlik məktəbi" layihəsində iştirak edəcək universitet tələbələri ilə görüş keçirilmişdir. Görüşdə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  silsilə şəkildə həyata keçirdiyi "Liderlik məktəbi" layihəsi gənclərin innovativ potensialı və təşəbbüskarlığının dəstəklənməsi, onların dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli iştirakını təmin edir. Builki "Liderlik məktəbi" layihəsinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi Naxçıvan və Azərbaycanın digər regionlarıının gəncləri arasında sağlam əlaqələrin inkişafına, bilik və dünyagörüşlərinin formalaşmasına xidmət edəcək. Rektor layihədə iştirak etmək üçün qeydiyyatdan keçən 70 nəfər naxçıvanlı tələbə gəncdən 30 nəfərin seçildiyini, onlardan 19 nəfərin isə məhz Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu diqqətə çatdırdı, bunu muxtar respublikada gəncliyə göstərilən hərtərəfli qayğının təzahürü kimi qiymətləndirmişdir. 

ATGTİ-nin sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev məlumat verdi ki, 7 gün davam edəcək layihədə Bakı, Naxçıvan və digər regionlardan ümumilikdə 110 nəfər tələbə iştirak edəcək. İştirakçılar 25 nəfərdən ibarət 4 komandaya bölünəcək. Layihə çərçivəsində  iştirakçılara "Liderlik bacarıqlarının inkişafı", "Layihələrin yazılması və idarə olunması", "Ünsiyyət bacarıqları" və "Komanda işi" mövzularında təlimlər keçiriləcək. Layihədə məqsəd istedadlı gənclərdə komanda şəklində işləmək, liderlik bacarıqlarını inkişaf etdirmək, onları gələcək ictimai-sosial mühitə hazırlamaqdır.

"Liderlik məktəbi" layihəsinin sonunda fərqlənən tələbələr mükafatlandırılacaq.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov