Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Bölgələrdə təlim kursları təşkil edilir

 

Yay aylarında müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə Bakı şəhərində, eləcə də  bölgələrdə təlim kursları təşkil edilmişdir. Bu kurslara Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) "Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi" adlı ikinci komponentinin icra planına uyğun olaraq 2013-2014-cü dərs ilində respublikanın ümumi təhsil məktəblərinin V-Vl siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən müəllimlər cəlb olunmuşlar. Fənn kurikulumlarının tətbiqi üzrə təşkil edilən təlimlər 10 gün müddətində (60 saatlıq) keçirilir.

Astara şəhərindəki 1 nömrəli orta məktəbdə təşkil edilmiş kurslara Dünya Bankı tərəfindən keçirilən tenderdə qalib gəlmiş "Unikal-1" MMC və "İdrak ML" təşkilatlarının təcrübəli təlimçiləri cəlb edilmişlər. Məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş otaqlarda lazımi şərait yaradılmış, hər bir təlim otağı zəruri texniki vasitələrlə təchiz edilmişdir. 

Kurslarda coğrafiya fənni üzrə 3, fiziki tərbiyə üzrə 3, texnologiya fənni üzrə 2, xarici dil fənni üzrə 5 qrup fəaliyyət göstərmişdir.

Təlimlərdə müəllimlərə fənlər üzrə yeni təhsil proqramının (kurikulumun) strukturu və əsas xüsusiyyətləri, onun məzmununun tərkib hissələri, biliyin kateqoriyaları, fəaliyyət növləri, alt-standartlara əsasən təlim məqsədlərinin müəyyən edilməsi, yeni təlim strategiyaları, yeni qiymətləndirmə mexanizmləri öyrədilmişdir.

Müəllimlərə  nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı, həm də öyrəndiklərini təcrübədə tətbiq etmək məqsədilə tapşırıqlar verilmişdir. Hər günün sonunda müəllimlər təqdim olunan mövzu ilə bağlı formativ testlər həll etmiş və həmin testlərin qiymətləndirilməsi aparılmışdır.

Təlim kursları avqustun 15-də başa çatmışdır. Kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə əldə etdikləri ballara əsasən Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş formada sertifikatlar  verilmişdir.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov