Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Texasın nüfuzlu universitetlərinin nümayəndələri üçün "Azərbaycanşünaslıq" adlı təlim proqramı həyata keçirilmişdir

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) İxtisasartırma Proqramları (ADA Executive Programme) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün "Azərbaycanşünaslıq" adlı təlim proqramı həyata keçirmişdir.

ADA-nın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, proqramda Texas Universiteti (Austin, Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyuston Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət Universiteti və Texas A&M Universitetinin professor, tələbə və administrativ heyəti iştirak etmişdir.

Avqustun 12-dən 15-dək davam etmiş proqram çərçivəsində iştirakçılar Azərbaycanın iqtisadi, siyasi və ictimai vəziyyəti, o cümlədən tarix və mədəniyyəti ilə tanış olmaq imkanı əldə etmişlər.

Proqramın təlimçiləri arasında ADA-nın professor heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək rütbəli nümayəndələri və parlament üzvləri olmuşdur.

Kifayət qədər zəngin və hərtərəfli proqramın gündəliyinə Azərbaycanın regional və xarici siyasət prioritetləri, Dağlıq Qarabağ münaqişəsi, Avroatlantik inteqrasiya, enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar mövzularında seminarlar da daxildir.

Təlim çərçivəsində iştirakçılar, eyni zamanda Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün müxtəlif şəhər və muzey turlarında iştirak etmişlər.

Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyevanın verdiyi məlumata görə, 2007-ci ildən fəaliyyətə başlayan ADA-nın İxtisasartırma Proqramları bu günədək 700 azərbaycanlı dövlət qulluqçusu və diplomata, o cümlədən 120 xarici dövlət rəsmisinə və Bakıda fəaliyyət göstərən 60 şirkətdən 260-dək orta və baş menecerə təlim keçmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov