Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Beynəlxalq mahnı və rəqs festivalında  "Qarabağ" ansamblı uğurla çıxış etmişdir

 

Macarıstanın Cöncöş şəhərində keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalında Şuşanın "Qarabağ" ansamblı  uğurlu çıxışlar etmişdir.

Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən gəlmiş ifaçılarla birlikdə rəngarəng konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə Şuşa təmsilçiləri qeyri-adi ifaları ilə iştirakçılar tərəfindən heyranlıqla qarşılanmışlar. Qeyd edək ki, "Azərbaycan günü" festival çərçivəsində təşkil olunan ən əlamətdar gün olmuşdur. Həmin gün xüsusi konsert proqramı ilə çıxış edən gənc sənətçilərimiz bitib-tükənməyən alqışlar qazanmışlar. Ənənəvi üçlüyün- tar, kamança və dəfin müşayiəti ilə  ifa olunan muğamlar, Qafqaz koloritini əks etdirən rəqslər macar tamaşaçılarının diqqətini cəlb etmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə baş tutan layihə maraqla qarşılanmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov