Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Uşaqlar üçün yeni tamaşa

 

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində  uşaqlar üçün yeni tamaşa - A.Ekzüperinin "Balaca şahzadə" əsəri təqdim olunacaq. Əsərdə balaca tamaşaçılara dostluq münasibətlərinin qorunması fikirləri təlqin olunur. Bu dünyada dost tapmaq çətindir, tapandan sonra isə onu itirmək yox, qorumaq lazımdır. Əsərin əsas ideyası  da məhz budur.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədovadır. Musiqi tərtibatını isə teatrın direktoru və aktyoru, əməkdar artist Elman Rəfiyev vermişdir.

Rollarda çıxış edən aktyorlar Solmaz Bədəlova (Balaca şahzadə), Səbinə Hacıyeva (Tülkü), Nurlan Rüstəmov (Təyyarəçi), Səbirə Həsənova (Lovğa qızılgül) və  başqaları balaca dostlarına yaddaqalan bir tamaşa ərməğan edəcəklər.     

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov