Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyası ilə tanış olmuşdur

 

 Azərbaycanda səfərdə olan ABŞ Konqresinin doqquz nəfərlik nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasına (ADA) baş çəkmişdir.

ADA-nın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, Konqresdə Pensilvaniya, Cənubi Karolina, Kaliforniya, Tenessi, Texas, Corciya, Miçiqan və Nyu-York ştatlarını təmsil edən aparat rəhbərləri Azərbaycan Diplomatik Akademiyasının yeni kampusu ilə tanış olduqdan sonra akademiyanın professor və idarə heyəti ilə görüşmüşlər.

ADA-nın yaranma tarixi, strukturu, missiyası, təklif etdiyi proqram və ixtisaslar barədə məlumatlandırılan amerikalı qonaqlara daha sonra akademiyadakı tələbə həyatı və tələbələrin asudə vaxtlarının planlaşdırılması haqqında məlumat verilmişdir.

Akademiyanın dünyanın bir çox universitetləri, xüsusilə də ABŞ-ın ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan icraçı prorektor Fariz İsmayılzadə gələcəkdə bu tipli əlaqələrin genişləndiriləcəyini bildirmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov