Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

MDU-nun Bakı filialının və Qafqaz Universitetinin tələbələri "Azərikimya" İstehsalat Birliyində olmuşlar

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Qafqaz Universitetinin kimya və neft-kimya mühəndisliyi fakültələrinin tələbələri və qrup rəhbərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində olmuşlar.

Qafqaz Universitetindən verilən məlumata görə, birliyin layihələr və perspektiv inkişaf şöbəsində keçirilən görüşdə tələbələrə "Azərikimya" İstehsalat Birliyi  və onun tabeliyində olan istehsalat sahələri haqqında videosüjetlər və slaydlar vasitəsi ilə məlumat verilmişdir. Tələbələrə həmçinin Sumqayıt Kimya Sənaye Parkı və oradakı mövcud istehsalat sahələrində istehsal olunan məhsullar haqqında danışılmışdır.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin mövcud vəziyyəti barədə danışmış, tələbələrin suallarını cavablandırmışdır.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Qafqaz Universitetinin tələbələri "Azərikimya" İB-nin istehsalat sahələrində avqustun sonunadək təcrübə keçəcəklər. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov