Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

Bölgələrdə yeni məktəb binaları tikilir

 

AĞDAŞ. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda orta məktəblər üçün yeni binaların inşası  və onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, hazırda rayonun Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180, Qaroğlan kəndində isə 80 şagird yerlik məktəb binaları tikilir. Hər birində son tamamlama işləri görülən binaların yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

RTŞ-dan onu da bildirmişlər ki, cari ildə daha beş məktəb  üçün yeni binaların tikilməsinə başlanacaq. Belə ki, rayonun Aralbir və Tofiqi kəndlərinin hər birində 220, Qülbəndə və Qarağan-Şıxlar kəndlərinin hər birində 180, Ərəbşəki kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının inşası üçün layihə-smeta sənədləri artıq hazırlanmışdır. 

QAZAX. Rayon təhsil şöbəsindən verilən məlumata görə, bu il rayonda 4 məktəb üçün yeni binalar tikilib təhvil verilməlidir. Bunlar Çaylı kənd 2 nömrəli, Daş Salahlı kənd 2 nömrəli, Ürkməzli və Xanlıqlar kənd tam orta məktəbləridir. Çaylı və Daş Salahlı kənd tam orta məktəblərinin yeni binaları 640, Ürkməzli və Xanlıqlar kənd tam orta məktəblərinin yeni binaları isə 180 şagird yerlikdir. Binaların dördündə də  tikinti işləri hazırda davam etdirilir. Bunlarla yanaşı, daha üç məktəb üçün də yeni binaların tikilməsi planlaşdırılmışdır. Belə ki, 180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumi orta məktəbində aparılacaq əsaslı təmirlə əlaqədar layihə-smeta sənədləri hazırlanır. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov