Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

Azərbaycanda "Uşaq Paralimpiya Hərəkatı" yaradılacaq

 

Məlum olduğu kimi, paralimpiyaçılarımız 2012-ci il London Yay Paralimpiya Oyunlarında 12 medal qazanmış və komandamız 166 ölkə arasında 27 yerin sahibi olmuşdur. Bu tarixi və möhtəşəm qələbə ölkə rəhbəri İlham Əliyevin respublikada  olimpiya və paralimpiya hərəkatının, idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Uğurların qorunub saxlanılması, inkişaf etdirilməsi və 2016-cı il Rio-de-Janeyro Yay  Paralimpiya oyunlarına hazırlıqla əlaqədar Milli  Paralimpiya Komitəsi 2013-2016-cı illər "Strateji Fəaliyyət Planı"nı təsdiq etmişdir. Planda respublikanın bütün regionlarında paralimpiya hərəkatının daha geniş vüsət alması məqsədilə peşəkar əlil idmanının inkişafı və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi, sağlamlıq imkanları məhdud olan uşaqların seçilərək peşəkar idmana cəlb olunmaları əsas yer tutur.

Qeyd edək ki, Milli Paralimpiya Komitəsi respublikada sağlamlıq imkanları məhdud olan uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştirakına nail olmaqla, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması məqsədilə  komitənin nəzdində "Uşaq Paralimpiya Hərəkatı"nın təsis edilməsi  haqqında qərar qəbul etmişdir.  Eyni zamanda  2013-cü ilin sonunadək  "Uşaq Paralimpiya Hərəkatı"nın inkişaf etdiyi ölkələrin müəyyən edilməsi və onların təcrübələrinin öyrənilməsi, hərəkatın icra mexanizminin hazırlanması, regionlarda paralimpiya idman növlərinə uyğun sağlamlıq imkanları məhdud olan uşaqların ilkin statistikasının hazırlanması və sair işlərin görülməsi qərarda öz əksini tapmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov