Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

ADU ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

 

Avqustun 28-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Rektor Səməd Seyidov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat vermişdir. Səməd Seyidov ADU-nun Azərbaycanda təhsil sahəsində islahatlar aparan və öndə gedən ali təhsil ocağı olduğunu və günü-gündən inkişaf etdiyini demişdir. O, bu inkişafın bütün təhsil sistemində gedən islahatların tərkib hissəsi olduğunu bildirmişdir. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrindən söz açan rektor Səməd Seyidov həmçinin ADU-nun Rusiya ali təhsil müəssisələri ilə əlaqələrinin uğurla qurulduğunu nəzərə çatdırmışdır. Bildirilmişdir ki, bu əlaqələrin faydalı əməkdaşlıq zəminində inkişafı təqdirəlayiqdir.

Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayev təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat vermişdir. Rektor Maqomed Abdullayev Dağıstan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələrindən də bəhs etmişdir.  O bildirmişdir ki, rəhbəri olduğu ali təhsil ocağının ADU ilə əlaqələrinin qurulmasında və qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlıdırlar.

Universitetlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılan görüşdə gələcəkdə müəllim-tələbə mübadiləsinin mümkünlüyü, qarşılıqlı konfrans və seminarların təşkili, birgə layihələrin həyata keçirilməsi istiqamətində əlaqələrin qurulması razılaşdırılmışdır.

Sonra Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə hər iki ali təhsil ocağının rektorları imza atmışlar.

İmzalanma mərasimindən sonra rektor Səməd Seyidov qonaqları ADU-nun müxtəlif mərkəzləri, o cümlədən İnformasiya Resurs Kompleksi ilə yaxından tanış etmişdir.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov