Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

"Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsi üzrə Şəkidə IV yay düşərgəsi təşkil edilmişdir

 

Avqustun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "Bakı Gənclər Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Şəkidə "Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsi çərçivəsində IV yay düşərgəsi fəaliyyətə başlamışdır.

Layihənin məqsədi tələbələrin, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan gənclərin Qafqaz Albaniyasının tarixinə, mədəniyyətinə, milli irsimizə marağını artırmaq, gənclər arasında qədim alban tarixini, mədəniyyətini təbliğ etmək, əldə olunan qiymətli tarixi materialları, fotoşəkilləri əyani çap vəsaitlərində əks etdirmək, sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Düşərgənin açılış mərasimində "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov çıxış edərək Qafqaz Albaniyasının tarixinin Azərbaycan tarixini öyrənmək baxımından son dərəcə aktual bir mövzu olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, xüsusilə də son dövrlərdə bədnam qonşularımızın Qafqaz Albaniyasının tarixini özününküləşdirmək cəhdləri artdığından Albaniyanın tarixini dərindən öyrənməyə, əldə olunmuş məlumatları, əyani materialları, müxtəlif tapıntıları təkcə ölkə daxilində deyil, həmçinin dünya ictimaiyyətinə də çatdırmağa böyük ehtiyac vardır.

Yay düşərgəsində Bakı Dövlət Universitetinin tarix fakültəsinin, habelə digər universitetlərin 140-dan çox tələbəsi iştirak edir.

Onu da qeyd edək ki, layihə çərçivəsində gənclər üçün  respublikamızın şimal-qərb bölgəsində yerləşən Qafqaz Albaniyası dövrünə aid tarixi məkanlara səfərlər təşkil olunacaq, tələbələr həmin dövrə aid məbədlər, müdafiə tikililəri, qəbir abidələri ilə tanış olacaqlar. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov