Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Tovuzda ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir

 

Tovuz Rayon İcra Hakimiyyətində  yüksək balla respublikanın ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir. Görüşdə rayon rəhbərliyi, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər şəxslər çıxış edərək ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs etmişlər. Qeyd edilmişdir ki, son illər  Tovuz rayonundan respublikanın ali hərbi akademiya və liseylərinə qəbul olunan abituriyentlərin sayının artması  diqqəti cəlb edir.

Sonra yüksək balla ali məktəblərə  qəbul olunan tələbələrin siyahısı oxunmuşdur. Bildirilmişdir ki, Bozalqanlı kənd tam orta məktəbinin məzunu Nərminə Murquzova 700, M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam  orta məktəbinin məzunu Klara Axundova 690, E.Bayramov adına Əyyublu  kənd tam orta məktəbinin məzunu Polad Sadıqlı 671,  A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin məzunu Ömər Həsənli isə 641 bal toplayaraq  yüksək nəticə əldə etmişlər. Tədbirin sonunda 500-dən yuxarı  bal toplayaraq  ali məktəblərə qəbul olunan 75 gəncə hədiyyələr təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov