Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Uşaqlar üçün yay sosial futbol düşərgəsi

 

 "Uşaqların futbol  vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" sosial  layihəsi çərçivəsində  Qax şəhərində uşaqlar üçün yay sosial futbol düşərgəsi təşkil olunmuşdur. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair  Dövlət Proqramı" çərçivəsində  həyata keçirilən layihənin əsas məqsədi  uşaqların futbol vasitəsilə  sağlamlıqlarının qorunması və sosial futbol modelini Azərbaycanda tətbiq etməklə  ölkədə bu idman növünün inkişafına  nail olmaqdır. Layihə Gənclər və İdman Nazirliyi ilə "Real Madrid" Fondu arasında  imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq 2013-2017-ci illəri əhatə edir. Qarşıda duran əsas vəzifələr futbolla bağlı məlumat-maarifləndirməni və təbliğatı gücləndirmək, futbol mütəxəssislərinin hazırlanması sistemini təkmilləşdirmək, xarici futbol təşkilatları ilə əlaqələr qurmaq, əhalinin bütün təbəqələrindən olan uşaqların futbolla məşğul olmalarına şərait yaratmaqdan  ibarətdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov