Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Salyanda məktəblərin maddi-texniki bazası gücləndirilir

 

Salyan rayonunda  ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində quruculuq işləri davam etdirilir.

Rayon  təhsil şöbəsinin müdiri Əbülfəz Bədəlovdan aldığımız məlumata görə, Plastmas yaşayış massivində  640, Boranıkənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni  məktəb binaları inşa edilmişdir. Şəhər 8 nömrəli tam orta  məktəb üçün 160 şagird yerlik yeni korpusun, 5 nömrəli  tam orta məktəb üçün əlavə sinif otağının və idman zalının tikintisi başa çatmaq üzrədir. Qaraçala qəsəbə və Dayıkənd tam orta məktəblərində əsaslı təmir işləri  davam etdirilir.

Məktəb binalarının  yeni tədris ilində istifadəyə verilməsi və  tədrisin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur.  

S.SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov