"Gənc liderlər" təhsil, təlim və inkişaf İctimai
Birliyinin növbəti layihəsi çərçivəsində Gəncədən bir
qrup gənc Serbiya Respublikasında olmuşdur.
Müxtəlif ölkə gənclərinin iştirakı ilə Stara Planinadan
başlanan səfər Gəncədən olan gənclərimiz üçün də olduqca
yaddaqalan olmuşdur. Belə ki, səfər iştirakçıları
möhtəşəm və tarixi "Kalameqdan" qalasına baxmış, burada
müxtəlif dövrlərdə gedən müharibələrdə istifadə edilmiş
silahlarla tanış olmuşlar. Azərbaycan gəncləri Belqrad,
Piroy şəhərlərini ziyarət etmişlər. Ölkəmizi təmsil edən
gənclərimiz Türkiyə, Xorvatiya, Makedoniya, Albaniya,
Belarus, Çexiya, Şotlandiyadan olan gənclərlə
keçirdikləri görüşlərdə, eləcə də yerli televiziyada
çıxışlarında Azərbaycan həqiqətləri barədə ətraflı
məlumat vermişlər.
Samirə KƏRİMOVA |