Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə  

QƏRARA ALIRAM: 

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

1.2. Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə - 120 manat

magistr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat

bakalavr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat

1.3. Orta ixtisas təhsili müəssisələrində:

əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat

1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə - 35 manat

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov