Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Tələbələrə noutbuk hədiyyə olunmuşdur

 

Ali məktəblərə qəbul imtahanlarında  600-dən yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş  tələbələrlə görüş keçirilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən  tələbələrə noutbuk hədiyyə olunmuşdur. Bildirilmişdir ki, bu təhsil müəssisəsini seçən abituriyentlər RİTN tərəfindən yaradılan bir sıra üstünlüklər əldə edəcəklər. Belə ki, tələbələr nazirliyin birlik və müəssisələrində  təcrübə keçmək imkanı qazanacaq və diplom alandan sonra işlə təmin olunacaqlar. Eyni zamanda, nazirlik tərəfindən  İTU-nun məzunlarına xaricdə magistr pilləsində təhsil almaq imkanı yaradılacaq. Bundan əlavə, müxtəlif  həvəsləndirici  mükafatlar, aztəminatlı ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana və sair ilə  təminat da nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, İnformasiya Texnologiyaları Universiteti ölkə Prezidentinin  müvafiq sərəncamına əsasən yaradılmışdır.  İTU 2013-2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında  müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı  həyata keçirəcəkdir. Bu ixtisaslara informasiya təhlükəsizliyi, kompüter  elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi daxildir. Birinci il intensiv  şəkildə ingilis dili tədris ediləcəkdir. Növbəti dörd ildə isə  seçilmiş ixtisaslar üzrə ingilis dilində  təhsil aparılacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov