Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Qafqaz Universiteti Texnoparkının Türkiyədə təşkil etdiyi təcrübə proqramı başa çatmışdır

 

Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi Türkiyədə texnopark təcrübəli proqramı (TTTP) başa çatmışdır. Qafqaz Universitetinin mətbuat xidmətindən aldığımız məlumata görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP Türkiyədə fəaliyyət göstərən aparıcı universitetlərin texnoparklarında təşkil olunmuşdur.

Proqramda məqsəd gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktik potensiallarının artırılması, onların fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıq idi. Təcrübə proqramında Qafqaz Universiteti Texnoparkının keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) qalibləri olan ən yaxşı iş fikirlərinin müəllifləri iştirak etmişlər. 12-31 avqust 2013-cü il tarixlərini əhatə edən təcrübə müddətində iştirakçılar Türkiyənin Yıldız, İstanbul, Orta Doğu texniki universitetlərinin texnoparklarında olmuş, seminar-təlimlərdə iştirak etmişlər. Seminarlarda Azərbaycanda və Türkiyədə təşəbbüskarlıq imkanları müqayisəli təhlil olunmuş, gələcəkdə əməkdaşlıq edilə biləcək istiqamətlərlə bağlı müzakirələr aparılmışdır.

Təcrübə zamanı gənc təşəbbüskarlar texnoparklarda mövcud olan ekosistemin imkanlarından faydalanaraq müxtəlif şirkətlərdə praktik vərdişlər qazanmışlar. Bununla yanaşı, TTTP iştirakçıları Fatih Universitetinə də getmiş, bu ali məktəbin mühəndislik və digər sahələrdəki uğurları ilə tanış olmuşlar. Azərbaycandan olan gənc təşəbbüskarlar boş vaxtlarında İstanbul və Ankaranın tükənməz turizm potensialından da faydalanmışlar. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov