Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyası istifadəyə verilmişdir

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasimində iştirak etmişdir.

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Şəmkir şəhərində də yeni inşa olunan Uşaq Akademiyası bu sırada uğurla davam etdirilən islahatların məntiqi nəticəsidir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Binanın tikintisinə ötən ilin mayında başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər. Burada uşaqlarla dünyada məşhur olan "Kiddie Academy" tədris proqramı əsasında hazırlıq prosesi keçiriləcəkdir. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir.

Azərbaycan Prezidenti akademiyada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində və otaqlarda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri qayğını əks etdirən fotolar sərgilənir. Burada balacaların istirahəti üçün xüsusi guşələr yaradılmışdır. Binada uşaqların keyfiyyətli təhsili üçün sinif otaqları, eləcə də mətbəx və yeməkxana da balacaların zövqünə uyğun qurulmuşdur. Bundan başqa, akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar üçün isə art-studiya vardır.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov