Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Prezident İlham Əliyev Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin
əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilir. Təmir edilən məktəblər, inşa olunan yeni tədris korpusları, idman meydançaları, iclas zalları ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində məktəblilərin istifadəsinə verilir.

Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonundakı 252 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu məktəbin binası 1972-ci ildə inşa olunmuşdur. Məktəbdə əvvəllər 1100 şagird təhsil alırdı. Dövlət Proqramına uyğun 40 sinif otağından ibarət 800 şagird yerlik əlavə korpus inşa olunmuşdur. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Açıq və qapalı idman meydançaları yenidən qurulmuş, müasir istilik sistemi quraşdırılmışdır.Böyütmək üçün şəkili seçin

Prezident İlham Əliyev sonra Sabunçu rayonundakı 80 nömrəli orta məktəbə gəldi.

Burada da görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, bu orta məktəbin binası 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin birbaşa təşəbbüsü ilə inşa olunmuşdur. Ulu öndər 1975-ci ildə məktəbdə olmuş, müəllim və şagirdlərlə görüşmüşdür. 860 yerlik məktəbdə 1110 şagird təhsil alır. Gələn il üçün 30 sinif otağından ibarət 600 şagird yerlik yeni korpusun inşa olunacağı gözlənilir. 80 nömrəli məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Burada da ən müasir istilik sistemi qurulmuşdur.

Yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov