Son 8 ildə İKT sahəsində icra olunmuş "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)" və "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində respublikanın ümumtəhsil məktəblərinin 83
faizi, ilk peşə-ixtisas təhsili müəssisələrinin 84
faizi, dövlət orta ixtisas təhsili müəssisələrinin və
ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin
olunmuşdur. Belə ki, hazırda respublikanın ümumtəhsil
müəssisələrində V-XI siniflər üzrə 16 şagirdə, dövlət
ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.
Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə
maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter
avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatı
işinin yaxşılaşdırılması məqsədilə Məlumat və Resurs
Mərkəzi yaradılmış, 1700 təhsil müəssisəsi Azərbaycan
Təhsil Şəbəkəsinə (ATŞ) və İnternetə qoşulmuşdur.
Y.ƏLİYEV |