Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

"Fəal Ailəm, Sağlam Aləm" layihəsi çərçivəsində ilk ailəvi idman yarışı keçirilmişdir

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti ilə birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm" layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində ilk ailəvi idman yarışı keçirilmişdir. Yarışın əsas məqsədi olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışda Bakı və İsmayıllı şəhərindən olan 5 ailəyə 400 nəfərədək tamaşaçı azarkeşlik etmişdir.

İsmayıllıda təşkil edilmiş ilk ailəvi idman yarışını giriş sözü ilə açan rayon gənclər və idman rəisi Elçin Nəcəfli bu kimi tədbirlərin uşaqların və gənclərin idman ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığını xüsusi vurğulamışdır.

Daha sonra Milli Olimpiya Komitəsinin məsul işçisi Həsənağa Rzayev iştirakçılara MOK və Coca-Cola şirkəti arasındakı uzunmüddətli əməkdaşlıq və "Fəal Ailəm, Sağlam Aləm" layihəsinin tarixçəsindən danışdı. Olimpizm, olimpiya dəyərləri və ölkədə geniş vüsət alan olimpiya hərəkatı haqda söhbət açan H.Rzayev iştirakçıları və tamaşaçıları olimpiya prinsiplərindən gündəlik həyatlarında daha fəal istifadə etməyə çağırmışdır.

Daha sonra meydançaya uşaqlardan və valideynlərdən ibarət ailə komandaları dəvət olunaraq  şən, təhlükəsiz və inklüziv oyunlar əsasında hazırlanmış estafet yarışına start verilmişdir.

Yarış başa çatandan sonra qonaqlar və yerli hökumət qurumlarının rəsmiləri iştirakçı ailələri fəxri diplom və hədiyyələrlə təltif etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov