Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Naxçıvan Dövlət Universitetində yeni təlim kursuna start verilmişdir

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim kursu başlamışdır.

Təlim kursunun məqsədi layihənin uğurla idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş yanaşma və prosedurları mənimsətməkdir. Ekspert təlimçi Elşən Rəhimov beş gün davam edəcək təlim kursunda layihənin idarə edilməsinin əsasları, layihənin məqsədyönlü hazırlanması, düzgün planlaşdırılması, risk intervalı və risklərin azaldılması, layihə menecerinin rolu və digər məsələlərin öyrədiləcəyini bildirdi. 

Təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, eləcə də universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrindən bir qrupu iştirak edəcək.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov