Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Azərbaycan Prezidenti İlham Əliyev Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının
əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Prezident İlham Əliyev əvvəlcə 249 nömrəli orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1972-ci ildə inşa olunan məktəbin binası iki korpusdan ibarətdir. 1280 şagird yerlik məktəbdə 1400 şagird təhsil alır. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Məktəb binasının sahəsi 2252 kvadratmetr, məktəbin ümumi ərazisi isə 19 min 272 kvadratmetrdir. Yeni dərs ili ərəfəsində məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

Böyütmək üçün şəkili seçinSonra Prezident İlham Əliyev 138 nömrəli məktəbə gəldi. Bu məktəbdə görülən işlərlə bağlı da dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, iki korpusdan ibarət 138 nömrəli orta məktəbin binası 1977-ci ildə inşa olunmuşdur. 1176 şagird yerlik məktəbdə 1020 şagird təhsil alır. Bundan əlavə, binada Füzuli rayonunun 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir. 5600 kvadratmetr ərazisi olan məktəbin ümumi sahəsi 17 min 800 kvadratmetrdir.

Məktəbin bütün sinif otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Bu təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri aparılmış, yaşıllıqlar salınmışdır. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov