Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Qubada Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksi açılmışdır

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksinin açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Universitetin rektoru Şəmsəddin Hacıyev məlumat verdi ki, kompleks 1969-cu ildə Quba rayonunun İkinci Nügədi kəndində Azərbaycan Dövlət İqtisad Universitetinin balansına verilmiş 7 hektardan artıq ərazidə inşa edilmişdir. Bura universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 87 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 162 nəfərin yerləşməsinə imkan vardır. Oteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır. Kompleksin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.

Qeyd olundu ki, beynəlxalq standartlara uyğun qurulan idman kompleksində yaradılan şərait diqqət çəkir. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.

Bildirildi ki, kompleksin tikinti-quraşdırma işləri çərçivəsində kənd yolları yenidən çəkilmiş, işıqlandırma sistemi yaradılmışdır. Burada beş min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənmişdir.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov