Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Tələbələr uğurlarını davam etdirəcəklərini bildirmişlər

 

Sentyabrın 16-da AMİ-nin Şamaxı filialında professor-müəllim, tələbə və valideynlərin iştirakı ilə Bilik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin sədaları altında başlamışdır. Sonra filialın direktoru Tünzalə Yusifova çıxış edərək yeni dərs ili münasibətilə təhsil işçilərini, eləcə də bütün pillələr üzrə təhsil alan tələbələri təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, müstəqillik əldə etmiş respublikamızda təhsil sahəsinə böyük diqqət və qayğı göstərilməkdədir. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deyən ulu öndər Heydər Əliyev yüksək intellektə malik olan insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin əvəzsiz roluna önəm vermişdir. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyəti üçün yaratdığı əlverişli şərait və imkanlar ardıcıl və müntəzəm xarakter daşıyır.

Sonra filialın humanitar və xüsusi fənlər kafedrasının müdiri, dosent M.Alıcanov, məzun və AMİ-nin magistrantı, eyni zamanda əməkdaşı Zəkiyyə Xalıqova da təbriklərə qoşularaq tələbələrə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulamışlar.

Tarix və coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Səbinə Piriyeva, ibtidai sinif müəllimliyi ixtisasının I kurs tələbəsi İlahə Ağayeva çıxış edərək təhsildə uğurlarını davam etdirəcəklərini bildirmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov