Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Yüksək bal toplamış gənclərə tələbə biletləri verilmişdir

 

Bilik Günü ilə əlaqədar Naxçıvan Özəl Universitetinin birinci kurs tələbələri ilə görüş keçirilmişdir. Tədbir başlamazdan əvvəl Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Tədbir iştirakçılarına müraciət edən universitetin rektoru, professor İsmayıl Əliyev yeni dərs ilinin  başlanması münasibətilə tələbələri təbrik etmiş, müstəqil Azərbaycanın gələcəyi olan  gənclərin hərtərəfli  təhsil alması üçün  muxtar respublikamızda yaradılan şəraitdən danışmışdır.

Diqqətə çatdırılmışdır ki, 2 fakültənin, 6 kafedranın, 5 şöbənin və 4 mərkəzin fəaliyyət göstərdiyi universitetə bu il 272 nəfər tələbə qəbul olmuşdur. Bu ildən etibarən isə iki yeni ixtisas - informatika müəllimliyi və biznesin təşkili və idarə edilməsi ixtisasları açılmışdır ki, həmin ixtisaslara ümumilikdə 44 nəfər tələbə qəbul olunmuşdur.

Ali təhsil ocağının tədris və elmi  işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli, tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, iqtisadiyyat fakültəsinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov, pedaqoji fakültənin dekanı, informatika üzrə fəlsəfə doktoru Məftun İsmayılov tələbə adını qazanmış gəncləri təbrik etmiş, çıxışlarında ali təhsil  ocağının qarşısında duran məqsədin hər sahədə geniş məlumatlı olan, öz peşələrinə dərindən yiyələnən ixtisaslı kadrlar yetişdirməkdən ibarət olduğunu vurğulamışlar.

Valideynlər adından Fərəhməz Məmmədov və başqaları çıxış edərək respublikamızda təhsilə göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Xarici dil ixtisasına qəbul olmuş Yamin Abdullayev çıxış edərək  muxtar respublikanın sosial-iqtisadi inkişafından, sürətli quruculuq işlərindən, elmə, təhsilə göstərilən diqqət və qayğıdan  danışmışdır.

Sonda yüksək bal toplamış tələbələrə tələbə biletləri təqdim olunmuş, "Dəniz" vokal ansamblının ifasında rəngarəng musiqi nömrələri səsləndirilmişdir. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov