Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Gəncə şəhər 37 nömrəli tam orta məktəbində bilik bayramı

 

2013-2014-cü tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş bayram tədbiri Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə həmişəki kimi böyük coşqu ilə qeyd edilib. Şəhər icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri tədbirdə iştirak ediblər.

Məktəbin direktoru Mehdi Əliyev çıxış edərək Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs edib, şagirdlərə və qədəmlərini məktəbə ilk dəfə atan birincilərə uğurlar arzulayıb.

Digər çıxış edənlər - direktor müavini Zəkəriyyə Bəşirov, tədbirin təşkilatçısı Gülnarə Əliyeva, ibtidai sinif müəllimləri Ləzifə İsmayılova və Yeganə Nəbiyeva şagirdlərə uğurlar arzulayıb, vətənə, dövlətə layiqli vətəndaş olacaqlarına inandıqlarını ifadə ediblər.

Çıxışlardan sonra 25 il 37 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Yeganə Nəbiyevanın hazırladığı proqram nümayiş olunub. 1-ci sinif şagirdləri Hikmət Əhmədli, Nəzrin Salamzadə, 2-ci sinif şagirdi Özləm Əhmədlinin ifasında səslənən şeirlər və məktəblilərin bir-birindən maraqlı rəqsləri böyük maraqla qarşılanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov