Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

"Qoy həmişə sülh olsun"

 

Sentyabrın 19-da Şuşa rayon 9 nömrəli tam orta məktəbdə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş "Qoy həmişə sülh olsun" mövzusunda tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Qədim Abdullayev açaraq dünyada baş verən müharibələrdən, onların insanlara gətirdiyi fəlakətlərdən danışdı. Bildirdi ki, silahların susması, insanların xoşbəxt yaşaması üçün sülh olmalıdır. Direktorun sülh mövzusunda ətraflı çıxışından sonra məktəbin tarix müəllimi Aynur Qəhrəmanova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Aygün İsayeva, Nuranə Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Naidə Şükürova mövzu ilə bağlı çıxışlar etdilər. Çıxışlarda ermənilərin Azərbaycan torpaqlarına təcavüzü, saysız-hesabsız yurddaşımızın erməni yaraqlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, obalarımızın dağıdılması və 20 faiz torpaqlarımızın itirilməsindən danışıldı. Hər kəs çıxışının sonunda müharibədən əziyyət çəkmiş bir xalqın nümayəndəsi kimi ölkəmizə və bütün dünyaya sülh arzuladı.

Tədbirdə şagirdlər müharibələrə yox deyən, Yer üzünü sülhə səsləyən şeirlər söylədilər. VI sinif şagirdləri sülhə həsr olunmuş mahnılar oxudular. Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin hazırladıqları əl işləri və şəkillər nümayiş etdirildi. Məktəbin IV sinif şagirdi İlahə Rəsulovanın göyərçin qiyafəsindəki çıxışı xüsusilə yaddaqalan oldu.

Tədbirin sonunda Yer üzündə sülhün rəmzi olan göyərçinin səmaya buraxılması "Qoy həmişə sülh olsun" çağırışına gözəl bir sonluq oldu. 

Nuranə ƏLİYEVA,
Şuşa rayon 9 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov