Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

"Azercell" azərbaycanlı "Start-up"ların ABŞ-a səfərini dəstəkləyir

 

"Azercell Telekom" MMC azərbaycanlı gənclərin dünyanın ən qabaqcıl texnologiya mərkəzi olan ABŞ-ın Silikon vadisinə səfər edib öz layihələrini təqdim etmələrinə imkan yaratmışdır.

"Azercell"in "Barama" İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən "Elm və texnologiya sahibkarlığı" proqramı çərçivəsində 7 nəfər "Start-up" qalibi belə bir şans əldə etmişdir. Bu layihədə finala çıxan gənclər sentyabrın 14-dən 28-dək ABŞ-ın San-Fransisko, Boston və Vaşinqton şəhərlərində biznes təlimlərində və xüsusi olaraq "Start-up"ların iştirakçıları üçün keçiriləcək konfranslarda iştirak edirlər.

Səfər zamanı azərbaycanlı gənclər San-Fransiskoda keçiriləcək "Global 1000 Meet" konfransına da qatılacaqlar.

Konfransın əsas məqsədi dünyanın müxtəlif guşələrindən gəlmiş "Start-up" iştirakçıları ilə məşhur şirkətlər, investorlar, vençur fondlar arasında əlaqələrin yaradılması və bunun nəticəsində layihənin inkişafı üçün maliyyə yatırımlarının əldə olunmasıdır.

Bu ilin dekabrında keçiriləcək yekun mərhələsində seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcəklər. Qaliblərə 5 min, 7 min  və 10 min ABŞ dolları dəyərində qrant təqdim olunması nəzərdə tutulmuşdur. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov