Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

"Baku Open-2013" Beynəlxalq şahmat festivalının 12 yaşadək uşaqlar arasında turniri başa çatmışdır

 

 "Baku Open-2013" Beynəlxalq şahmat festivalının 12 yaşadək uşaqlar arasında ("C") turniri başa çatmışdır. Azərbaycan Şahmat Federasiyasından bildirmişlər ki, turnirdə ölkəmizin müxtəlif bölgələrindən 120 zəka sahibi qələbə uğrunda mübarizə aparmışdır.

On iki yaşadək oğlanlar arasında ən yaxşı nəticəni Bakı şəhərinin şahmatçıları Qurban Bayramov və Rüfət Nəsibov göstərmişlər. Hər iki şahmatçı 7,5 xal toplayaraq birinci və ikinci yerləri bölüşdürmüşlər. Digər şahmatçı Sadiq Ağayev isə yeddi xalla üçüncü pillədə qərarlaşmışdır.

Eyni yaşlı qızlar arasında hesabına 6,5 xal yazan Leyla İbrahimli birinci, Aysu İsmayılova beş xalla ikinci, eyni xalla Səriyyə Zeynalova isə üçüncü olmuşlar.

On yaşadək oğlanlar arasında Məhəmməd Muradlı yeddi xal toplayaraq lider adını qazanmışdır. Vüqar Manafov və Zaur Balayev isə 6,5 xalla ikinci və üçüncü yerləri bölüşdürmüşlər.

Sədaqət Abbasova altı xal toplayaraq 10 yaşlı qızlar arasında birinci, Gövhər Beydullayeva 5,5 xalla ikinci, Nəcibə Orucova isə 5 xalla üçüncü yeri tutmuşdur.

Səkkiz yaşadək oğlanlar arasında Mətin Salamov və Sənan Əliyev hərəsi 5,5 xalla birinci və ikinci yerləri bölüşdürmüşlər. Üçüncü yerin sahibi isə beş xalla Sumqayıt şahmatçısı Abusəddin Mollayev olmuşdur. Eyni yaşlı qızlar arasında Ayan Allahverdiyeva  5,5 xalla  qrupunun vahid lider adını qazanmışdır, Mehin Taba-Tabai 4,5 xalla ikinci yerdə, Nərminə Cəfərova isə 4 xalla üçüncü yerdə qərarlaşmışlar.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov