Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Məktəb-liseydə Bilik Günü qeyd edilmişdir

 

Bakıdakı 267 nömrəli məktəb-liseydə keçirilən Bilik Günü mərasimində ilk zəng çalındıqdan sonra Azərbaycanın  Dövlət bayrağı himnin sədaları altında  qaldırılmışdır. 

Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda sonsuz fədakarlığından danışan tədbirin aparıcıları məktəb kollektivi adından təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Mərasim iştirakçılarını salamlayan məktəb-liseyin direktoru Adilə Orucova  sentyabrın 15-nin möhtərəm Prezidentimizin sərəncamı ilə Bilik Günü elan edildiyini, bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söyləmişdir. Direktor Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə olunan nailiyyətlərdən, xüsusilə təhsilimizin inkişafı üçün görülən işlərdən danışmışdır. A.Orucova Bilik Günü  münasibətilə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektivini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların ata və analarını, baba və nənələrini, gənc ailələri ürəkdən təbrik etmişdir.

Aparıcılar bildirmişlər ki, məktəb-lisey məzunlarının ali  məktəblərə daxil olması göstəricilərinə görə  ölkənin öncül təhsil ocaqları sırasındadır.  Hər il məzunların xeyli qismi ölkənin və bir sıra xarici dövlətlərin ən nüfuzlu universitetlərinə qəbul olunur. Bu il liseyi bitirmiş 83 gəncin 80-i ali məktəblərə sənəd vermiş, 57-si yüksək balla qəbul olunmuşdur. Onlardan 7-si Türkiyə və Rusiyanın nüfuzlu universitetlərində ali təhsil alacaq. Qəbul imtahanında lisey üzrə ən yüksək - 666 bal toplamış Aygün Səmədli isə Bakı Dövlət Universitetinin tələbəsidir.

Tədbirdə iştirak edən Binəqədi   Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri birinciləri təbrik etmiş, onlara və müəllimlərə uğurlar arzulamışlar.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov