Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanın son 10 ildəki dinamik inkişafından bəhs edən konfrans keçirilib

 

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə "Azərbaycanın 10 il dinamik inkişafı" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı institutun məzunu, RAGB-ın əlaqələndiricisi Natiq Əliyev açaraq Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışmışdır.

MDBƏİ-nin Postsovet Tədqiqatı Mərkəzinin direktoru, tarix elmləri doktoru Stanislav Çernyavski müəllifi olduğu "Azərbaycan: 10 il (2003-2013)" adlı kitabını təqdim edərək demişdir: "Azərbaycan öyrənilmək üçün hər zaman maraqlı ölkədir. Bu ölkə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dəyişməyə başladı. Müasir mərhələdə isə biz bütün sahələrdə uğurlu inkişafın şahidi oluruq. Azərbaycanın inkişafının və çiçəklənməsinin sirri dövlət başçısı İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi sistemli siyasətdir".

Daha sonra konfransda Moskva və Rusiyanın digər regionlarından olan azərbaycanlı gənclər çıxış edərək doğma Vətənin uğurlarından və dinamik inkişafından qürur duyduqlarını dilə gətirmişlər.

Tədbirin sonunda Azərbaycanın son dövrlərdəki yüksəlişini əks etdirən videoçarx nümayiş olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov