Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası
binasının yenidənqurmadan sonra açılışında iştirak edib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidenti məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mehriban xanım Əliyevaya bağçada aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1971-ci ildən fəaliyyət göstərir və bağçanın əsaslı təmirinə ehtiyac yaranmışdı. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin iyul ayında başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaqdır. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcəkdir. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunmuşdur. Bağçanın ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. 

 AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov